Bayram günü mübarek olsun
Türkiyədəki Azərbaycan İş Adamları Birliyi adından Cənab Prezidentimiz, İlham Əliyev tərəfindən 2016-cı ildən etibarən təsis edilmiş “Sahibkarlar Günü” münasibətilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan bütün iş insanlarını təbrik edir, fəaliyyətlərində yeni uğurlar arzulayırıq.
Əminliklə ifadə etmək istəyirik ki, bundan sonra da sahibkarlığın inkişafına göstərilən qayğı, xalqımızın əməyə olan hörməti və çalışqanlıq ruhu sahibkarlığın inkişafını daim dəstəkləyəcəkdir.
Biz, Türkiyədə yaşayan və qəlbi Azərbaycanla döyünən iş insanları da bu işdə daim aktiv rol almağa çaılışır, Azərbaycan və Türkiyə qardaşlığının parlaq gələcəyi üçün səylərimizi birləşdirməkdən qürur duyuruq.
Bütün Sahibkarların Bayram günü mübarek olsun.
Hörmətlə,
TAİB İdarə Heyəti adından
Sədr
Quliyev Elşən